0
Monday 11 November 2019 - 18:07

İraqın Baş naziri ruhani rəhbərlərə hörmətini izhar etdi

Story Code : 826825
İraqın Baş naziri ruhani rəhbərlərə hörmətini izhar etdi

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, “Əl İraqia” telekanalının məlumatına görə, Adil Əbdül-Mehdi şənbə günü vətəndaşlara müraciətində Ali Ruhani rəhbərlərin sözlərinin çox dəyərli olduğunu qeyd edərək deyib: “Nümayişçilərin ifadə etdiyi narazılıq siyasi islahatlar üçün vacib olsa da, indi ölkədə həyat normal vəziyyətə qayıtmalıdır. Etirazlar, siyasi qruplara, hökumətə islahatlar və dəyişikliklər etmək üçün kömək etdi. Bununla belə davam edən etirazlar, normal tələblərə dönməyə imkan verməlidir ki, bu da etirazçıların qanuni tələblərin yerinə yetirilməsinə gətirib çıxaracaq”.
 
Hökumətin özünü millətin və qanunverici orqanın iradəsindən üstün hesab etmədiyini bildirən Əbdül-Mehdi, etirazçılarla tam razı olduğunu və islahatı həyata keçirməkdən başqa bir yolunun olmadığını deyib. İraqın baş naziri əlavə edib ki, istintaq və məhkəmə orqanları qanunsuz olaraq təcavüz edən, qaçıran və ya həbs edən hər kəsi mühakimə etməyə davam edəcəklər.
 
Noyabrın 8-də İraqdakı Ali Dini Qurumun Ofisi, Ayətullah Sistani və Kərbəlanın ümum-cümə namazının imamı Şeyx Əbdül-Mehdi əl-Kərbəlayinin terrorla mübarizədə ölkənin təhlükəsizlik qüvvələrinə minnətdarlığını bildirərək, etirazlar zamanı qətllərin təşkilatçılarının mühakimə olunmasına çağırmışdır. “İraq etirazçılarının dinc nümayişləri təhlükəsizlik qüvvələrinin və terrorizmlə mübarizə aparanların fədakarlığı sayəsində terror hadisələri baş vermədən keçirilir”, - deyə Əbdül-Mehdi bildirmişdir.
 
Source : Deyerler
Tagged
iraq
Comment