QR CodeQR Code

İsrail Bəha Əbülətanın evini raketlə vurub

IslamTimes , 12 Nov 2019 16:15

İslamTimes: Dünya İsrailin vəhşiliklərinə susur


Fələstinin Qəzzə Zolağı bölgəsində Şücaiyyə məntəqəsində İslam Cihadı Təşkilatının tanınmış komandiri Bəha Əbülətanın evi raket zərbəsinə məruz qalıb. İşğalçı İsrail rejiminin aviasiyası bu gün sübh məşhur müqavimətçinin evini vurub. Əbüləta və həyat yoldaşı şəhadətə çatıb, ailənin iki körpəsi yaralanıb. Fələstin müqavimət cəbhəsi buna cavab olaraq Tel-Əviv və sionist qəsəbələrinə 150 raket buraxıb. İsrail boyu həyəcan siqnalı səslənib, əhali zirzəmilərdə gizlənib. Sionist rejim bir daha dünyaya öz cinayətkar xislətini göstərdi. Avropa İttifaqı Bəha Ətaullanın terrorunu dilə gətirmədən Qəzzənin raket cavabını pisləyib!!


Story Code: 826970

News Link :
https://www.islamtimes.org/az/news/826970/israil-bəha-əbülətanın-evini-raketlə-vurub

Islam Times
  https://www.islamtimes.org