QR CodeQR Code

Ənsarullah İsrail rejiminin yeni cinayətlərini qınadı

Deyerler , 13 Nov 2019 10:03

İslamtimes - Yəmənin Ənsarullah hərəkatı bəyanat verərək, sionist rejimin Fələstinin İslami Cihad hərəkatının üzvlərinə qarşı cinayətlərini şiddətlə qınayıb.



Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Ənsarullahın Siyasi Bürosu yaydığı bəyanatında bunları qeyd edib: “Sionist rejimin Qüds Mühafizəçilərinin komandiri Bəha Əbul Ataya və Fələstinin İslami Cihad hərəkatının Siyasi Bürosunun üzvü Əkrəm Əl-Accurinin Suriyanın paytaxtı Şamdakı evinə təşkil etdiyi xaincəsinə hücumlarını şiddətlə qınayırıq”.
 
Ənsarullah, həmçinin Fələstin müqavimət qüvvələrinin İsrail rejimə qarşı təşkil etdiyi raket əməliyyatını dəstəklədiyini açıqlayıb.
 


Story Code: 827081

News Link :
https://www.islamtimes.org/az/news/827081/ənsarullah-israil-rejiminin-yeni-cinayətlərini-qınadı

Islam Times
  https://www.islamtimes.org