QR CodeQR Code

İraq prezidenti ABŞ-ın sözlərinə sərt reaksiya verdi

Deyerler , 13 Nov 2019 10:15

Islamtimes - İraqın prezidenti Bərhəm Saleh ABŞ-ın bəyanatına sərt reaksiya verərək, İraqda istənilən islahatların əsla xaricilərin diktəsi altında baş tutmamalı olduğunu bildirib.



Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Ağ Ev bundan əvvəl İraq rəhbərliyindən erkən seçkilərin keçirilməsini istəmişdi.
 
İraq prezidenti ölkədəki islahatların iraqlıların bir qərarı olduğunu və İraq xalqının milli iradəsinə cavab olaraq həyata keçiriləcəyini söyləyib.
 
Bərhəm Saleh açıqlamasında ölkəsinin daxili işlərinə hər cür xarici müdaxiləyə qarşı olduğunu qeyd edərək, İraq xalqının milli maraqlarının prioritetlərinə əsasən, dini rəhbərliyin iradəsinə hörmətlə, konstitusiya çərçivəsində və müstəqil və milli qərarlara uyğun qərar verdiyini qeyd edib.
 
İraqın Milli Hikmət Hərəkatının lideri Seyid Əmmar Əl-Həkim də bəyanat verərək, ABŞ-ın sözügedən açıqlamasını şiddətlə qınayıb.
 


Story Code: 827084

News Link :
https://www.islamtimes.org/az/news/827084/iraq-prezidenti-abş-ın-sözlərinə-sərt-reaksiya-verdi

Islam Times
  https://www.islamtimes.org