0
Sunday 3 July 2011 - 23:21

ABŞ-ın 2016-cı ilədək İraqda qalacağı təkzib edildi

Story Code : 82738
ABŞ-ın 2016-cı ilədək İraqda qalacağı təkzib edildi
ABŞ-ın 2016-cı ilədək İraqda qalacağı təkzib edildi
"IslamTimes"-ın verdiyi məlumata əsasən, bir sıra İraq informasiya agentlikləri Bağdad və Vaşinqton arasında ABŞ ordusunun 2016-cı ilədək İraqın 5 əyalətində qalacağı barədə tazılaşma əldə edildiyini yazıb.

İraq dövlətinin sözçüsü Əli Dəbbağ isə Fars xəbər agentliyinin müxbirinin uyğun mövzu ilə bağlı sualının cavabında deyib: "İraq dövləti Vaşinqtonla heç bir razılıq əldə etməyib. Bu razılaşma haqqında gəzən söz-söhbətlər şayiədir."

Əli Dəbbağ İraq dövlətinin xalqa arxalanan bir dövlət olduğunu və ABŞ-la hər hansı bir razılaşma planı olarsa ilk olaraq xalqa və parlamentə açıqlanacağını bildirib.
Comment