QR CodeQR Code

Yəmən-Ərəbistan sərhədində sudanlı hərbçilər öldürülüb

IslamTimes , 16 Nov 2019 17:44

İslamTimes: Sudanlı muzdurlar Ənsarullahın hədəfində


Sudan hökumətinin verdiyi məlumata əsasən Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisyanın tərkibində xidmət edən 6 sudanlı hərbçi Yəmən-Ərəbistan sərhədində öldürülüb. Hadisə Yəmən ordusu və xalq komitələrinin muzdurların mövqeyinə hücumu zamanı baş verib. Əmirlik də bu hücumlarda canlı qüvvə itkisi verdiyini bildirib. Əmirlik və Sudan son aylarda yəmənlilərin hücumları qarşısında geri çəkilməyə məcbur olub.  Yəmən ordusu və xalq komitələri bildirir ki, Yəmənə qarşı təcavüzkar müharibədə 4 min sudanlı muzdur öldürülüb.
 


Story Code: 827754

News Link :
https://www.islamtimes.org/az/news/827754/yəmən-ərəbistan-sərhədində-sudanlı-hərbçilər-öldürülüb

Islam Times
  https://www.islamtimes.org