0
Saturday 16 November 2019 - 17:44

Yəmən-Ərəbistan sərhədində sudanlı hərbçilər öldürülüb

Story Code : 827754
Yəmən-Ərəbistan sərhədində sudanlı hərbçilər öldürülüb
Sudan hökumətinin verdiyi məlumata əsasən Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisyanın tərkibində xidmət edən 6 sudanlı hərbçi Yəmən-Ərəbistan sərhədində öldürülüb. Hadisə Yəmən ordusu və xalq komitələrinin muzdurların mövqeyinə hücumu zamanı baş verib. Əmirlik də bu hücumlarda canlı qüvvə itkisi verdiyini bildirib. Əmirlik və Sudan son aylarda yəmənlilərin hücumları qarşısında geri çəkilməyə məcbur olub.  Yəmən ordusu və xalq komitələri bildirir ki, Yəmənə qarşı təcavüzkar müharibədə 4 min sudanlı muzdur öldürülüb.
 
Source : IslamTimes
Tagged
sudan