0
Monday 4 July 2011 - 08:27

100.000 səs kampaniyasına start verildi

Story Code : 82776
100.000 səs kampaniyasına start verildi
100.000 səs kampaniyasına start verildi
Kampaniya ilə bağlı "Deyerler.org"-a açıqlama verən DEVAMM sədri Hacı İlqar İbrahimoğlu demişdir: “Hicabla bağlı prezidentə yüzminlik müraciət son günlər ölkənin ən çox müzakirə olunan mövzularından biridir. Elan olunduğu kimi mübarək Şaban ayndan bu kampaniyanın startı verilməli idi. Bu gün (ötən gün) artıq kampaniya ilə bağlı konrket əməli addımların atılmasına başlanılıb. İmzatoplama blankları paylanmaya başlanılıb və artıq ilk imzalar atılıb.
Bir insan haqları prosesi olan bu kampaniyanın bir komissiyonu formalaşmalı idi. Bu istiqamətdə də prosesin əlaqəndirilməsi və yönləndirilməsi üçün hazırda komissiyon formalaşmaqdadır”.
Ötən gün səhərdən DEVAMM-ın xanım insan haqları fəalları ilə görüşüldüyünü deyən Hacı İlqar vurğulamışdır ki, bu fəallar illərnən insan haqları müstəvisində öz töhfələrini vermiş xanımlardan ibarətdir. “Müəyyənləşildi ki, bu fəallardan kimlər kampaniyanın komissiyonunda onları təmsil edəcəkdir. Ümid edirik ki, Allahın lütfü ilə yaxın iki həftədə bir neçə onminlik imzaların toplanmasına nail olacağıq. İmzatoplama kampaniyasının birinci mərhələsi üçün olan zəruri işlər başlanıb. Allahdan xüsusi tofiqat istəyirik ki, bu işdə dəqiq nəticələrə gəlib çataq. Kampaniya Bakı, Bakı kəndləri və bölgələri də əhatə edəcəkdir, inşəallah.”

Comment