QR CodeQR Code

Misir qazını İsrailə ötürən qaz kəmərində partlayış

4 Jul 2011 09:36

IslamTimes - Misir diktatoru Hüsnü Mübarəkin süqutundan sonra artıq 3-cü dəfədir ki, Misir qazını İsrailə ötürən qaz kəmərində partlayış baş verir.


Bu gün Sina səhrasında Misir qazının İsrail və İordaniyaya ötürülən boru kəmərində partlayış baş verib. Partlayışı bir qrup silahlı şəxsin törətdiyi bildirilir.

"IslamTimes"-ın Almaniya KİV-nə istinadən verdiyi xəbərə əsasən, şahidlər partlayış baş verən məntəqədə alov şölələrinin hələ də söndürülmədiyini bildirirlər.

Misir diktatoru Hüsnü Mübarəkin süqutundan sonra 5 ay ərzində artıq 3-cü dəfədir ki, Misir qazını İsrailə ötürən qaz kəmərində partlayış baş verir.

Misir dövləti son açıqlamalarında bildirib ki, İordaniya və İsrail də daxil olmaqla bir neçə ölkə ilə mavi yanacaq müqavilələrini yenidən nəzərdən keçirək. Bu addımın dövlətə 3-4 milyard dollar mənfəət gətirəcəyi gözlənilir.


Story Code: 82777

News Link :
https://www.islamtimes.org/az/news/82777/misir-qazını-israilə-ötürən-qaz-kəmərində-partlayış

Islam Times
  https://www.islamtimes.org