QR CodeQR Code

Səudiyyə rejiminin blokadasına görə 71 min yəmənli xəstə həyatını itirib

Deyerler , 23 Nov 2019 16:45

İslamtimes - Yəmənin Səhiyyə Nazirliyi noyabrın 22-si bəyanat verərək, 71 min yəmənli xəstənin təcavüzkar Səudiyyə rejiminin koalisiyasının Yəmənə tətbiq etdiyi blokada səbəbindən həyatını itirdiyini bildirib.


Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, nazirlik bəyanatında, Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın Yəmən torpaqlarına hücuma başladığı ilk gündən etibarən ən azı 43 min yəmənli xəstənin müalicə üçün xaricə çıxa bilmədikləri üçün həyatını itirdiyini qeyd edib.
 
Nazirlik, həmçinin 28 min xərçəng xəstəsinin də blokada və lazımlı dərman və digər tibbi təchizatın Yəmənə verilməməsi səbəbindən həyatını itirdiyini bildirib.
 
Səudiyyə rejimi Yəməni 2015-ci ilin mart ayından etibarən qurudan, havadan və dənizdən blokadada saxlayır.
 
BMT baş katibinin müavini Mark Loukuk da Yəmənin tarixin ən qorxunc humanitar faciəsi ilə üzləşdiyini deyib.
 


Story Code: 828640

News Link :
https://www.islamtimes.org/az/news/828640/səudiyyə-rejiminin-blokadasına-görə-71-min-yəmənli-xəstə-həyatını-itirib

Islam Times
  https://www.islamtimes.org