QR CodeQR Code

Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib

Apa , 27 Nov 2019 19:13

İslamtimes - Naxçıvan Muxtar Respublikasına (MR) səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib.



APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Naxçıvan MR-dəki Baş konsulluğu məlumat yayıb.
 
Məlumatda bildirilib ki, dekabr ayının 1-dən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər.
 
Qeyd edək ki, bu ilin oktyabr ayında Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği azaldılmışdı.
 


Story Code: 829368

News Link :
https://www.islamtimes.org/az/news/829368/naxçıvana-səfər-edən-iran-vətəndaşları-üçün-viza-rejimi-ləğv-edilib

Islam Times
  https://www.islamtimes.org