QR CodeQR Code

Yəmən Səudiyyə rejiminin 200 əsiri buraxmasını təkzib etdi

Deyerler , 27 Nov 2019 19:51

İslamtimes - Yəmənin Ənsarullah hərəkatı siyasi bürosunun üzvü Məhəmməd Əl-Buhəyti Səudiyyə rejiminin işğalçı koalisiyasının əsirlərin azadlığa buraxılması və ağır vəziyyətdə olan xəstələrin xaricə göndərilməsi üçün Yəmən şərtlərinə sadiq qalmalı olduğunu söyləyib.



Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Məhəmməd Əl-Buhəyti Əl-Cəzirə televiziyasına verdiyi açıqlamasında, Səna rəhbərliyinin sülh və təhlükəsizliyin təmin olunmasının tərəfdarı olduğunu qeyd edərək, belə deyib: “Səudiyyə rejiminin etibar mühiti formalaşdırması vəziyyətində sülh üçün müzakirədən bəhs edə bilərik. Səudiyyə rejimi, həmçinin Səna rəhbərliyinin əsirlərin sərbəst buraxılması və blokadanın ləğvi məsələsində şərtlərini qəbul etməlidir.
 
Digər tərəfdən, Yəmənin Milli Qurtuluş Hökumətinin həbsxana işləri komitəsinin sədri Əbdülqədir Əl-Mürtəza Səudiyyə rejiminin koalisiyasının 200 yəmənli məhbusu azad etməsi xəbərini təkzib edib.
 
Əbdülqədir Əl-Mürtəza əvvəllər də BMT-nin əsirlərin vəziyyəti ilə maraqlanan xüsusi nümayəndəsinin mövqeyini tənqid edərək, Səudiyyə rejiminin dəstəklədiyi Yəmənin istefa verərək qaçmış xain M. Hadi rəhbərliyinin əsirlərin mübadiləsi layihəsini sabotaj etdiyini deyib.
 


Story Code: 829375

News Link :
https://www.islamtimes.org/az/news/829375/yəmən-səudiyyə-rejiminin-200-əsiri-buraxmasını-təkzib-etdi

Islam Times
  https://www.islamtimes.org