0
Wednesday 27 November 2019 - 19:59

ABŞ sionist rejiminə görə “F-35” qırıcılarını BƏƏ-yə satmır

Story Code : 829377
ABŞ sionist rejiminə görə “F-35” qırıcılarını BƏƏ-yə satmır

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, sionist rejimin ikinci kanalının hazırladığı reportajda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndələri daxili danışıqlar zamanı, BƏƏ-yə bu qırıcıları almağa icazə verməyəcəklərini bildirib. Digər tərəfdən, sionist rejimin 13-cü kanalı xəbər vermişdir: "Altı ildən çoxdur ki, BƏƏ qırıcıları almaq istəyini ifadə edir. Razılaşmanın baş tutması üçün maddi problemin olmadığına baxmayaraq, təyyarələri almaq üçün bütün cəhdlər nəticəsiz qalmışdır". ABŞ, Yaxın Şərqdəki sionist rejimin hərbi balansını qorumaq üçün BƏƏ-nin “QME”nin (keyfiyyətli hərbi üstünlük) qanunlarını qəbul etməli olduğunu bildirib: "Bu razılaşma ABŞ-ın xarici siyasətində İsrail rejiminin hərbi üstünlüyünü qorumasını tələb edən bir düzəlişidir (razılaşmanı qəbul edənlər üçün)".
 
Yuxarıda göstərilən qanun, həmçinin Ağ Evin, Orta Şərqdəki dövlətlərin gücləri və İsrail rejiminin hərbi üstünlüyünün qorunması barədə zaman-zaman Konqresə hesabat verməsini tələb edir. Bununla birlikdə, BƏƏ-nin, ABŞ Hərbi Hava Qüvvələrini Əbu-Dabidə yerləşən Əl-Dafra hərbi bazasında yerləşdirdiyini və onun Ağ Evin vacib müttəfiqi olduğunu eyni zamanda Əmirliklərin Səudiyyə rejimi ilə birlikdə ABŞ müdafiə komplekslərini əldə etdiyini nəzərə alsaq, bu qanun Vaşinqtonun qırıcılarını BƏƏ-yə satmaqdan imtina etməsinə bəhanə ola bilər. “F-35”, Amerika hərbi sənaye korporasiyası “Lockheed Martin” və ABŞ ordusu tərəfindən hazırlanaraq sionist rejimə verilmiş ən inkişaf etmiş 5-ci nəsil qırıcıdır.
 
Source : Deyerler
Tagged
abş israil
Comment