0
Wednesday 27 November 2019 - 21:03

ABŞ Konqressində təmsil olunan iki qadından biri İlham Omar İran və Qətərlə əməkdaşlıqda ittiham olunub

Story Code : 829382
ABŞ Konqressində təmsil olunan iki qadından biri İlham Omar İran və Qətərlə əməkdaşlıqda ittiham olunub

İslamazeri.com xəbər verir ki, Səudiyyə yönlü media İlhan Omarın Qətərə və dolayısı yolla İrana əməkdaşlıq etməsini, kanadalı iş adamı Alan Benderə istinadla yayıb.
Bender oktyabr ayında Florida məhkəməsində Omarın Qətər tərəfindən əməkdaşlığa cəlb olunduğunu, ora İranala bağlı məlumatları ötürdüyünü, daha sonra bu məlumatların İrana göndərildiyini deyib.
ABŞ Konqresinin üzvü İlham Ömar özünün tvitter səhifəsində məsələ ilə bağlı deyib: "Mənə qarşı qəsd və dezinformasiya həyatımın bir hissəsinə çevrilib. Hadisələr absurd səviyyəsinə çatıb və davam edəcəyi istisna deyil."
Omarın mətbuat xidməti İsrailin The Jerusalem Post qəzetinə açıqlama verib. Açıqlamada "İlham Omar Vaşinqtonda ancaq öz seçicilərini təmsil edir. Kimin nə etməsindən asılı olmayaraq o, dünyada insan haqları uğrunda mübarizəsini davam edəcək.", -deyə bildirilib.
 
Source : Islamazeri
Tagged
abş Iran
Comment