1
Saturday 30 November 2019 - 09:31

Mehdi Əl-Məşat: Ciddi müzakirələri dəstəkləyirik

Story Code : 829845
Mehdi Əl-Məşat: Ciddi müzakirələri dəstəkləyirik
Yəmən Ali Siyasi Şurasının rəisi Mehdi Əl-Məşat Yəmənin müstəqilliyinin 52-ci ildönümü münasibəti ilə bəyanatında ölkəni hərbi təcavüz və mühasirədən xilas edəcək ciddi müzakirələrin tərəfdarı olduqlarını bildirib. Əl-Məşat deyib: Müharibə və mühasirənin davamı region üçün təhlükədir. Bunun acı nəticələrini aradan qaldırmaq çətin olacaq. Böyük Yəmən xalqını, qəhrəman ordunu, xalq komitələrini, təcavüzə təslim olmayan qəbilələri 30 noyabr günü münasibətilə təbrik edirəm.  Yəməndə sülhün bərqərar olmasının ilk şərti Yəmən xalqına hörmətdir.
 
Source : IslamTimes
Tagged
əl-məşat