QR CodeQR Code

Qətər XİN başçısının Səudiyyə Ərəbistanına gizli səfəri

IslamTimes , 1 Dec 2019 15:26

İslamTimes: Tramp Səudiyyə Ərəbistanının itirilmiş imicinin bərpasına can atır.


“İslamTimes” “Wall Street Journal”-a istinadən xəbər verir ki, Qətər xairici işlər naziri Məhəmməd bin Əbdür-Rəhman Ali-Sani ötən ay ABŞ prezidentinin tövsiyəsi ilə Riyaza səfər edib. “Reuters” də bu xəbəri təsdiqləyərək Səudiyyə və Qətər arasındakı münasibətlərin bərpasında Oman və Küveytin vasitəçi rolunu oynadığını vurğulayıb.
Səudiyyə Ərəbistanının “Yəmən bataqlığı”nda ilişməsi, Ənsarullahın Aramko neft təsisatlarına hücumu, Camal Qaşıqçının dəhşətli qətlindən sonra Ərəbistanın İslam dünyasındakı nüfuzunun  kəskin azalması səbəb olub ki, ABŞ prezidenti Səudiyyə ilə Qətər münasibətlərinin bərpası üçün addım atsın. Qətər əmiri Təmim bin Həmədin Trampın tövsiyəsindən sonra Məhəmməd bin Salmanla əlaqə saxladığı bildirilir.


Story Code: 830131

News Link :
https://www.islamtimes.org/az/news/830131/qətər-xin-başçısının-səudiyyə-ərəbistanına-gizli-səfəri

Islam Times
  https://www.islamtimes.org