0
Monday 2 December 2019 - 15:11

"Rusiyanın İranla əməkdaşlıq üçün ABŞ-ın icazəsinə ehtiyacı yoxdur!"

Story Code : 830335
"Rusiyanın İranla əməkdaşlıq üçün ABŞ-ın icazəsinə ehtiyacı yoxdur!"
Rusiyanın İrandakı səfiri Levan Caqaryan Rusiyanın müstəqil bir ölkə olduğunu xatırladaraq İranla əməkdaşlıq üçün rəsmi Moskvanın ABŞ-ın və ya digər bir ölkənin icazəsinə ehtiyacı olmadığını bildirib.
Səfir qeyd edib ki, Buşehr Atom Elektrik Stansiyasının ikinci korpusunun inşası Rusiya ilə İran arasındakı ən vacib ikitərəfli əməkdaşlıq layihələrindəndir.
Səfir həmçinin deyib: ABŞ-ın İranla razılaşmanı pozaraq, İrandan Təhlükəsizlik Şurasına şikayət etməsi bütün dünya üçün problem yarada bilər. Rusiya, Çin və digər Avropa ölkələri ABŞ-ın İrana qarşı bu planının həyata keçməməsinə mane olmağa çalışacaq.
 
Source : IslamTimes
Tagged
rusiya