QR CodeQR Code

"Rusiyanın İranla əməkdaşlıq üçün ABŞ-ın icazəsinə ehtiyacı yoxdur!"

IslamTimes , 2 Dec 2019 15:11

İslamTimes: Rusiyanın İrandakı səfiri Rusiyanın İranla əməkdaşlıq üçün ABŞ-ın icazəsinə ehtiyacı olmadığını bildirib.


Rusiyanın İrandakı səfiri Levan Caqaryan Rusiyanın müstəqil bir ölkə olduğunu xatırladaraq İranla əməkdaşlıq üçün rəsmi Moskvanın ABŞ-ın və ya digər bir ölkənin icazəsinə ehtiyacı olmadığını bildirib.
Səfir qeyd edib ki, Buşehr Atom Elektrik Stansiyasının ikinci korpusunun inşası Rusiya ilə İran arasındakı ən vacib ikitərəfli əməkdaşlıq layihələrindəndir.
Səfir həmçinin deyib: ABŞ-ın İranla razılaşmanı pozaraq, İrandan Təhlükəsizlik Şurasına şikayət etməsi bütün dünya üçün problem yarada bilər. Rusiya, Çin və digər Avropa ölkələri ABŞ-ın İrana qarşı bu planının həyata keçməməsinə mane olmağa çalışacaq.
 


Story Code: 830335

News Link :
https://www.islamtimes.org/az/news/830335/rusiyanın-iranla-əməkdaşlıq-üçün-abş-ın-icazəsinə-ehtiyacı-yoxdur

Islam Times
  https://www.islamtimes.org