0
Monday 2 December 2019 - 17:05

Fransa Livanın daxili işlərinə müdaxilə edir

Story Code : 830346
Fransa Livanın daxili işlərinə müdaxilə edir
Küveytin "Əl-Ənba" qəzeti xəbər verir ki, rəsmi Paris Livan prezidentinə mesaj yollayıb. Bu mesajda Livan prezidentindən yeni hökumətin təşkilinin Səd Həririyə tapşırılması istənilir, əks halda hərbi hakimiyyətin qaçılmaz olacağı bildirilir.
Qəzet yazıb ki, Paris bu mesajı ABŞ-ın göstərişi ilə Livan prezidentinə ünvanlayıb.
“Hizbullah” təşkilatının baş katibinin müavini Şeyx Nəim Qasim ötəngünki çıxışı zamanı bildirib ki, artıq xarici dövlətlər anlayıblar ki, onların müdaxilələri təsirsizdir və Livanın talehi daxili qüvvələrin qərarı ilə müəyyən olacaq.
Qeyd edək ki, Səd Həriri Livan xalqının kütləvi etirazlarından sonra baş nazir postundan istefa verib. O yenidən baş nazir olmaq istəmədiyini bildirib.
Source : IslamTimes
Tagged
livan