0
Tuesday 5 July 2011 - 11:49

Livanda son durum

Story Code : 83057
Livanda son durum
Livanda son durum
"İyul müharibəsi"ndən 5 gün sonra "Le Figaro" Qəzetində 19.08.2006 tarixində dərc olunan xəbərdə, Həriri cinayətində "Hizbullah" mənsublarının təqsirləndiriləcəyinin ifadə edilməsinə diqqət çəkən Nəsrullah, "Bu iddianamə, müharibənin əvvəlindən hazır idi, lakin müharibənin qurtarmasını gözlədilər" deyib.
Beynəlxalq Məhkəmənin ABŞ ilə olan əlaqələrinə diqqət çəkərək "Hizbullah" mənsublarını hədəf alan iddianəmənin qarşısını almağın mümkün olmadığını ifadə edən Seyyid Həsən Nəsrullah deyib: "Məhkəmənin qərarını əngəlləməyə imkanımız olmaya bilər, amma "Müqavimət"in imicini korlamağı hədəfə alan planları boşa çıxarma imkanımız var. Bunun üçün hər kəsə müraciət edirik. Düşmənlərin hədəfləri "Müqavimət"in imicini pozmaq, müqavimətçilərin əzmini qırmaqdır. Hədəflərinin ən təhlükəsi isə Şiə və Sünnilər arasında fitnə çıxarmaqdır."
Nəsrullah, Haaqa (Lahey) Beynəlxalq Məhkəməsinin hakimi Daniel Bellemarın qərarının Livandakı heç bir hökumət tərəfindən icra edilə bilməyəcəyini söyləyib.
Nəsrullah bu barədə dəlil olaraq deyib: "Bellemarın köməkçilərindən biri CIA agentidir. Belə bir təhqiqat qrupu bizlərə ədaləti və həqiqəti çatdıra bilərmi?"

Source : İslam-Azeri
Comment