QR CodeQR Code

Baş Nazirin müavini Şahin Mustafayev İran Prezidenti Həsən Ruhani ilə görüşüb

4 Dec 2019 00:56

İslamTimes: Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev İran Prezidenti Həsən Ruhani ilə görüşüb. 


APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə Ş.Mustafayev prezident İlham Əliyevin  məktubunu İran prezidentinə təqdim edib.
Görüşdə H.Ruhani bildirib ki, heç şübhəsiz, iki ölkənin yüksək çinli rəsmilərinin qarşılıqlı səfərləri  və  cənab İlham Əliyevin səmimi, isti mesajı iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində çox təsir edicidir.
İki ölkə arasında əldə olunmuş razılıqların yaxşı səviyədə icra olunduğunu qeyd edən H.Ruhani bildirib ki, ümid edirəm, Bakıda hörmətli həmkarım cənab prezidentlə əldə etdiyimiz son razılılqlar tez bir zamanda icra olunacaq.
İran prezidenti bildirib ki, Xudafərin bəndi və elektrik stansiyasının tikintisi kimi müştərək layihələrin icrası sahəsində əməkdaşlıq iki ölkənin prespektivində dəyişiklik yarada bilər: “İki ölkənin sərhəd bölgələrində elektrik stansiyalarının tikintisi çox əhəmiyət kəsb edir. Ümid edirəm Rəşt-Astara dəmir yolunun tikintisi üçün də əldə olunan razılıq tez bir zamanda icra olunar. İran İslam Respublikası, eləcə də Xəzər dənizində neft kəşfiyyatı və ixracı layihəsinin icrasını da ciddi izləyir. Bu məsələ iki ölkənin müştərək komissiyasının iclasında dəqiq araşdırılacaq”.
H.Ruhani  bildirib ki, İran Azərbaycanla elm və texnologiya sahəsində də əlaqələrin inkişafına önəm verir: “Tehran bütün texnologiyalar sahəsində Bakı ilə əməkdaşlıq etməyə hazırdır.  Düşünürük ki, müştərək sənaye şəhərciyinin yaradılması bu sahədə əlaqələrin inkişafına səbəb ola bilər”.
Ekologiya sahəsində və turizm sahəsində əməkdaşlığın önəmindən danışan prezident H.Ruhani iki ölkənin bu sahələrdə, xüsusilə Xəzərdə ekologiyanın qorunması sahəsində faydalı və təsiredici əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.
H.Ruhani İranın ikitərəfli və üçtərəfli əlaqələrin inkişaf etdirilməsinə diqqət ayırdığını bildirib və qeyd edib ki, Tehran, Bakı və Moskva arasında əlaqələrin daha çox inkişaf  etdirilməsi həm iki ölkə və həm də üç ölkə arasında tranzit, enerji və elektrik sahəsində  əlaqələri daha da artıra bilər. 
Görüşdə Baş Nazirin müavini Ş.Mustafayev bildirib ki, cənab prezident İlham Əliyev  İran prezidenti H.Ruhani ilə dostluğa və İran İslam Respublikası ilə əlaqələrin möhkəmləndirilməsinə çox dəyər verir. 
Ş.Mustafeyv İrana səfəri çərçivəsində  baş tutan görüşlər və müzakirələri  çox konstruktiv və faydalı adlandırıb: “Bu gün  Bakı və Tehran arasında  bütün sahələrdə  əlaqələrin və əməkdaşlığın inkişafına şahidik.  İki ölkə arasında mövcud olan ticarət dövriyyəsi 2014-cü illə müqayisədə 3 dəfə artıb. İranın Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin sayı ötən bir il ərzində 50 faiz artıb”.


Story Code: 830629

News Link :
https://www.islamtimes.org/az/news/830629/baş-nazirin-müavini-şahin-mustafayev-iran-prezidenti-həsən-ruhani-ilə-görüşüb

Islam Times
  https://www.islamtimes.org