QR CodeQR Code

Əbu Mehdi Əl-Mühəndis: “İŞİD-in İraqa qayıtmasına əsla icazə vermərik”

Deyerler , 4 Dec 2019 17:29

Islamtimes - Iraqın xalq qüvvələrinin Əl-Həşduş Şəbi təşkilatının komandir müavini Əbu Mehdi Əl-Mühəndis, Əl-Həşduş Şəbi qüvvələrinin İŞİD terror təşkilatı ilə mübarizəyə hazır olduğunu söyləyib.



Deyerler.org Mehrə istinadən xəbər verir ki, Əbu Mehdi Əl-Mühəndis açıqlamasında bunları deyib: “Nə olursa olsun İŞİD ünsürlərinin İraqa geri qayıtmasına icazə verməyəcəyik. Yüksək səviyyəli Əl-Həşduş Şəbi komandirləri mübarizənin ön sıralarında yer alır və mücahidlərin yanında canlarını fəda edirlər. Onlar vətən və İraq xalqı üçün çalışırlar”.
 
Terror təşkilatı İŞİD bir neçə gün əvvəl ölkənin şərqindəki Diyalə əyalətində Əl-Həşduş Şəbi qüvvələrinin qərargahına iki hücum təşkil etmişdi. Hücumda Əl-Həşduş Şəbi qüvvələrindən 6 nəfər şəhid olmuş, 10 nəfər də yaralanmışdı.
 


Story Code: 830768

News Link :
https://www.islamtimes.org/az/news/830768/əbu-mehdi-əl-mühəndis-işid-in-iraqa-qayıtmasına-əsla-icazə-vermərik

Islam Times
  https://www.islamtimes.org