0
Wednesday 4 December 2019 - 17:29

Əbu Mehdi Əl-Mühəndis: “İŞİD-in İraqa qayıtmasına əsla icazə vermərik”

Story Code : 830768
Əbu Mehdi Əl-Mühəndis: “İŞİD-in İraqa qayıtmasına əsla icazə vermərik”

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Əbu Mehdi Əl-Mühəndis açıqlamasında bunları deyib: “Nə olursa olsun İŞİD ünsürlərinin İraqa geri qayıtmasına icazə verməyəcəyik. Yüksək səviyyəli Əl-Həşduş Şəbi komandirləri mübarizənin ön sıralarında yer alır və mücahidlərin yanında canlarını fəda edirlər. Onlar vətən və İraq xalqı üçün çalışırlar”.
 
Terror təşkilatı İŞİD bir neçə gün əvvəl ölkənin şərqindəki Diyalə əyalətində Əl-Həşduş Şəbi qüvvələrinin qərargahına iki hücum təşkil etmişdi. Hücumda Əl-Həşduş Şəbi qüvvələrindən 6 nəfər şəhid olmuş, 10 nəfər də yaralanmışdı.
 
Source : Deyerler
Tagged
iraq
Comment