QR CodeQR Code

Tramp Londonda etirazla qarşılandı

Deyerler , 4 Dec 2019 17:48

İslamtimes - NATO sammitində iştirak etmək üçün Böyük Britaniyaya səfər edən ABŞ-ın prezidenti Donald Tramp, Londonda etirazla qarşılanıb.



Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, etirazçılar “Trampa yox”, “NATO-ya yox” plakatlarını qaldırıblar.
 
Nümayişçilər, həmçinin Fələstin bayrağı və Fələstin xalqına dəstək bildirilən plakatlar da daşıyaraq, İsrail rejiminin işğalçı və ekspansionist siyasətlərini dəstəkləyən Amerika rəhbərliyinin siyasətlərini qınayıblar.
 
Dekabrın 3-ü NATO sammitinə qarşı Londonda etiraz aksiyası keçirilib. Minlərlə insan Londonun Trafalqar meydanında toplaşaraq, Bekinqem sarayına yürüş edib. Saraydakı NATO-ya üzv olan ölkə liderlərinə etiraz edən minlərlə insan, “Tramp və NATO-nu ölkəmizdə istəmirik” şüarını səsləndiriblər.
 
 
Müharibə Əleyhinə Koalisiya və "İrqçiliyə qarşı ayağa qalx" kampaniyaları tərəfindən keçirilən aksiyaya xeyli sayda insan qatılıb.
 


Story Code: 830778

News Link :
https://www.islamtimes.org/az/news/830778/tramp-londonda-etirazla-qarşılandı

Islam Times
  https://www.islamtimes.org