0
Wednesday 4 December 2019 - 21:12

Həmas: Qəzzadakı xəstələr blokada səbəbindən ağır vəziyyətdədir

Story Code : 830808
Həmas: Qəzzadakı xəstələr blokada səbəbindən ağır vəziyyətdədir
Fələstin İslami Müqavimət Hərəkatının siyasi bürosunun üzvü H. Xəlil mühasirə səbəbindən Qəzza zolağının tibbi vəziyyətinin acınacaqlı durumda olduğunu bildirib.
Çərşənbə axşamı Əl-Məyadinə müsahibə verən H. Xəlil Qəzzanın çətin vəziyyətdə olduğunu, dərman qıtlığı yaşandığını, səlahiyyətlilərin xəstələri, xüsusilə xərçəng xəstələrini Qəzzadan köçürə bilmədiklərini bildirib.
Həmas üzvü Qəzzanın mühasirəsinin hələ də davam etdirilməsinin qəbuledilməz olduğunu bildirərək deyib ki, Müqavimət Hərəkatı bu blokadanı yarmaq üçün bir neçə çıxış yolu təklif edib.
Source : IslamTimes