0
Wednesday 4 December 2019 - 21:35

Trampın NATO sammitində iştirakı etirazlarla qarşılanıb

Story Code : 830823
Trampın NATO sammitində iştirakı etirazlarla qarşılanıb
Sputnik xəbər agentliyinin məlumatına əsasən, İngiltərənin paytaxtında ABŞ prezidenti Donald Trampın NATO sammitində iştirakına qarşı etiraz aksiyası keçirilib.
Çox sayda etirazçı Trafalgar meydanından kraliça Elizabetin iqamətgahı, Bukinqham sarayına doğru hərəkət edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp NATO sammitində iştirak etmək məqsədi ilə Londona iki günlük səfər edib.
Tramp və həyat yoldaşının İngiltərəyə bundan öncəki səfərlərində də oxşar etiraz aksiyaları keçirilib və əhali "Tramp səni burada istəmirik", "Tramp buradan rədd ol" kimi şüarlar səsləndiriblər.
Source : IslamTimes
Tagged
amerika