0
Wednesday 4 December 2019 - 22:07

Putin NATO-nun genişlənməsini Rusiyaya qarşı təhdid olaraq dəyərləndirdi

Story Code : 830827
Putin NATO-nun genişlənməsini Rusiyaya qarşı təhdid olaraq dəyərləndirdi
Rusiya prezidenti Vladimir Putin Sovet İttifaqının dağılmasından uzun illər ötməsinə baxmayaraq NATO-nun davamlı genişlənməsinin mənasız olduğunu bildirib.
Soçidə hərbçilərlə görüş zamanı çıxış edən Rusiya prezidenti NATO-nun genişlənməsini Rusiya üçün təhlükə kimi qiymətləndirib.
Bununla yanaşı Putin ortaq mənafelərin NATO-nun genişlənməsi prosesini əvəz edəcəyinə ümid etdiyini dilə gətirərək, gərginliyə baxmayaraq Rusiyanın hələ də əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Source : IslamTimes
Tagged
rusiya