QR CodeQR Code

"İraqda müvəqqəti hökumət yaradılacaq"

IslamTimes , 5 Dec 2019 11:18

İslamTimes: Əmmar Əl-Həkim Fransanın İraqdakı səfiri ilə görüşüb..


"Milli Hikmət" hərəkatının lideri Əmmar Əl-Həkim, Bağdadda Fransa səfiri Bruno Aubert ilə görüşü zamanı deyib: "İraqda müvəqqəti hökumət qurulacaq. Bu hökumətin vəzifəsi erkən parlament seçkiləri üçün münasib şərtləri təmin etməkdir."
Əmmar Əl-Həkimin rəsmi Twitter səhifəsində bu  görüş haqda xəbər verilərək belə yazılıb: İraqdakı siyasi partiyalar çalışır ki, ən tez bir zamanda həm xalqın inandığı, həm də layiqli baş nazir təyin edilsin.
Əmmar Əl-Həkimin Fransa səfiri ilə görüşündə BMT-nin İraqdakı etiraz aksiyaları ilə bağlı hesabatı, həmçinin Fransa ilə İraq münasibətləri müzakirə edilib. Fransa səfiri bildirib ki, rəsmi Paris İraqdakı dinc aksiyaları dəstəkləyir.


Story Code: 830904

News Link :
https://www.islamtimes.org/az/news/830904/iraqda-müvəqqəti-hökumət-yaradılacaq

Islam Times
  https://www.islamtimes.org