0
Thursday 5 December 2019 - 12:00

Səudiyyə koalisiyası Yəmənə göndərilən 13 gəmini saxladı

Story Code : 830931
Səudiyyə koalisiyası Yəmənə göndərilən 13 gəmini saxladı
Səudiyyə koalisiyası ərzaq və neft məmulatları ilə yüklənmiş və Yəmən xalqına yardım məqsədi ilə bu ölkəyə göndərilən 13 gəmini Əl-Hədidə limanında saxlayıb. Bu gəmilərin BMT tərəfindən təsdiqlənmiş icazə vərəqəsinin olmasına baxmayaraq Səudiyyə hakimiyyətinin onlara maneəçilik törətməsi bir daha Ali-Səud rejiminin qərəzli mövqeyini təsdiqləyib.
Səudiyyə Ərəbistanı son günlərdə Yəmənlə gərginliyə son qoymaq niyyətində olduğunu söyləsə də əməldə tam tərsini edir və Yəmən xalqına qarşı təzyiqləri daha da artırır.
Yəmən neft şirkəti BMT nümayəndəsinin öz hesabatında artıq gəmilərin Yəmənə çatdığını bildirdiyini yazıb. Halbuki, hələ də BMT tərəfindən rəsmi icazəsi olmasına baxmayaraq dizel və benzinlə yüklənmiş 5 gəminin Yəmənə daxil olmasına icazə verilmir.
 
Source : IslamTimes
Tagged
yəmən