QR CodeQR Code

Əbu Bəkr əl-Bağdadinin "müavini" həbs edildi

IslamTimes , 5 Dec 2019 12:24

İslamTimes: Əbu Bəkr Əl-Bağdadinin əmisi oğlu 1 mart məntəqəsindəki evində həbs edildi.


İraqın kəşfiyyat qüvvələri İŞİD terror qruplaşmasının rəhbərlərindən olan, qətlə yetirilən Əbu Bəkr Əl-Bağdadinin sağ əli hesab edilən Əbu Xaldun ləqəbi ilə tanınan terrorçunu həbs edib. Bu terrorçu Kərkük vilayətində 1 mart məntəqəsində yerləşən binadakı evində saxlanılıb.
Daha öncə Səlahəddin şəhərindəki İŞİD qüvvələrinin lideri olan Əbu Xaldun Kərkükdə saxta kimliklə yaşayırmış.
İraq Təhlükəsizlik Nazirliyi də bu terrorçunun həbsi ilə bağlı açıqlama verərək Əbu Xaldun ləqəbli İŞİD komandirinin Əbu Bəkr Əl-Bağdadinin əmisi oğlu olduğunu bildirib. Onun əsil adı Hamid Şakir Səb Əl-Bədridir.


Story Code: 830937

News Link :
https://www.islamtimes.org/az/news/830937/əbu-bəkr-əl-bağdadinin-müavini-həbs-edildi

Islam Times
  https://www.islamtimes.org