QR CodeQR Code

Sionistlərin növbəti vəhşiliyi!

IslamTimes , 7 Dec 2019 03:25

İslamTimes: İşğalçı İsrail rejimi hərbçiləri haqlarını tələb edən Qəzza sakinlərinə hücum edərək, onları vəhşicəsinə susdurmağa çalışır.


Qəzzada sionist rejim silahlılarının etiraz aksiyası keçirərək haqlarını tələb edən fələstinlilərə odlu silahdan atəş açması nəticəsində onlarla insan yaralanıb.
Qəzzanın səhiyyə nazirliyinin bəyanatında bildirilir ki, cümə günü sionist silahlılar Qəzza əhalisinin 83-cü "qayıdış haqqı" aksiyasına hücum edib və ən azı 37 nəfəri yaralayıb. Yaralıların 14 nəfəri odlu silahla vurulub.
Qeyd edək ki, sionist rejimin bütün təhdidlərinə baxmayaraq, Qəzza əhalisi iki həftə aradan sonra yenidən aksiya keçirərək Qəzza zolağının mühasirəsinə son qoyulmasını tələb ediblər.


Story Code: 831226

News Link :
https://www.islamtimes.org/az/news/831226/sionistlərin-növbəti-vəhşiliyi

Islam Times
  https://www.islamtimes.org