QR CodeQR Code

ABŞ Çinlə sazişdən imtina edə bilər

7 Dec 2019 10:20

İslamTimes: ABŞ hökuməti bütün tələblərə əməl edilməyəcəyi təqdirdə Çinlə razılaşmadan imtina etmək niyyətindədir.


Vaşinqton və Pekin ticarət razılaşmasına yaxındır, lakin ABŞ prezidenti Donald Tramp Amerika tərəfinin tələbləri yerinə yetirilməyəcəyi təqdirdə bundan imtina edəcək.
APA xəbər verir ki, bu barədə cümə günü Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Lourens Kadlou “CNBC”-yə açıqlamasında bildirib.
“Prezident dəfələrlə demişdir ki, əgər razılaşma yaxşı deyilsə, Amerika texnologiyasının gələcək oğurluqlarının qarşısını almaq üçün zəmanət yoxdursa və məcburi tədbirlər tələblərimizə cavab verməyəcəksə, biz sazişdən imtina edəcəyik”, - Kadlou belə deyib.


Story Code: 831255

News Link :
https://www.islamtimes.org/az/news/831255/abş-çinlə-sazişdən-imtina-edə-bilər

Islam Times
  https://www.islamtimes.org