QR CodeQR Code

Yəmən: Sionist rejimin bütün hərbi obyektləri hədəfimizdədir

IslamTimes , 8 Dec 2019 09:15

İslamTimes: "İşğalçı İsrailin bütün hərbi obyektləri nəzarətdə saxlanılır."


"Əl-Məsirə" qəzetinə müsahibə verən Yəmənin Milli Qurtuluş dövlətinin müdafiə naziri Məhəmməd Nasir Əl-Atifi Yəmənin hərbi gücünün mükəmməl səviyyəyə çatdığını bildirib. O deyib: "Bizim hərbi sənayemiz inanılmaz sürətlə inkişaf edərək, bizdən 20 il daha öncədən fəaliyyətə başlayan ölkələrlə müqabilə etmək səviyyəsinə çatıb.
Bizim silahlı qüvvələrimiz düşmənin müdafiə sistemini iflic etmək üçün bütün hazırlıqları başa vurub."
Əl-Atifi əlavə edib ki, işğalçı İsrailin bütün hərbi obyektləri nəzarətdə saxlanılır. Sionist rejimin Yəmənə hücum edəcəyi təqdirdə işğalçı İsrailin istənilən nöqtəsi raketlər və pilotsuz təyyarələrlə hədəfə alınacaq.
Qeyd edək ki, bundan öncə Yəmən 10 pilotsuz təyyarə ilə Səudiyyə Ərəbistanının Milli Neft Şirkətini (Aramko) hədəfə alaraq bu ölkənin Yəmənə təcavüzünə cavab vermişdi.


Story Code: 831446

News Link :
https://www.islamtimes.org/az/news/831446/yəmən-sionist-rejimin-bütün-hərbi-obyektləri-hədəfimizdədir

Islam Times
  https://www.islamtimes.org