QR CodeQR Code

Ə. Səmavi: Xalq Həşd əl-Şəbi deyil, korrupsionerlərə etiraz edir

IslamTimes , 8 Dec 2019 21:17

İslamTimes: "İraq xalqı korrupsionerlərə etiraz edir, bu aksiyaların Həşd əl-Şəbi ilə heç bir əlaqəsi yoxdur. Həşd əl-Şəbi qanuni bir təşkilatdır"


İraqda etirazçılara edilən son hücumları şərh edən politoloq Əyad əl-Səmavi qeydlərində yazır ki, İraq xalqı korrupsionerlərə etiraz edir, bu aksiyaların Həşd əl-Şəbi ilə heç bir əlaqəsi yoxdur. Həşd əl-Şəbi qanuni bir təşkilatdır.
Əyad Əl-Səmavi yazır: "İraq xalqının bir tələbi də qeyri-qanuni qruplarda olan silahların onlardan alınması və yalnız dövlətin nəzarətində olan qrupların odlu silahdan istifadə etmək hüququna malik olmasıdır. Həşd əl-Şəbi İraq silahlı qüvvələrinin tərkibində olan bir təşkilatdır. Onlar İŞİD-lə mübarizədə, bu terror qruplaşmasının nəzarətində olan torpaqların geri alınmasında əvəzolunmaz rol oynayıb. Amma Amerika, İsrail və onların əlaltıları belə bir təsəvvür yaratmaq istəyirlər ki, İraq xalqı Həşd əl-Şəbiyə qarşıdır."


Story Code: 831551

News Link :
https://www.islamtimes.org/az/news/831551/ə-səmavi-xalq-həşd-əl-şəbi-deyil-korrupsionerlərə-etiraz-edir

Islam Times
  https://www.islamtimes.org