0
Sunday 8 December 2019 - 21:17

Ə. Səmavi: Xalq Həşd əl-Şəbi deyil, korrupsionerlərə etiraz edir

Story Code : 831551
Ə. Səmavi: Xalq Həşd əl-Şəbi deyil, korrupsionerlərə etiraz edir
İraqda etirazçılara edilən son hücumları şərh edən politoloq Əyad əl-Səmavi qeydlərində yazır ki, İraq xalqı korrupsionerlərə etiraz edir, bu aksiyaların Həşd əl-Şəbi ilə heç bir əlaqəsi yoxdur. Həşd əl-Şəbi qanuni bir təşkilatdır.
Əyad Əl-Səmavi yazır: "İraq xalqının bir tələbi də qeyri-qanuni qruplarda olan silahların onlardan alınması və yalnız dövlətin nəzarətində olan qrupların odlu silahdan istifadə etmək hüququna malik olmasıdır. Həşd əl-Şəbi İraq silahlı qüvvələrinin tərkibində olan bir təşkilatdır. Onlar İŞİD-lə mübarizədə, bu terror qruplaşmasının nəzarətində olan torpaqların geri alınmasında əvəzolunmaz rol oynayıb. Amma Amerika, İsrail və onların əlaltıları belə bir təsəvvür yaratmaq istəyirlər ki, İraq xalqı Həşd əl-Şəbiyə qarşıdır."
Source : IslamTimes
Tagged
İraq