0
Sunday 8 December 2019 - 21:31

Donald Tramp İrana təşəkkür edib

Story Code : 831553
Donald Tramp İrana təşəkkür edib
Ədalətli danışıqlara və ABŞ vətəndaşını azadlığa buraxdığına görə ABŞ Prezidenti Donald Tramp İrana təşəkkür edib.
Aparılan danışıqların nəticəsində əldə olunan razılaşmaya görə, ABŞ-da həbs olunan iranlı alim Məsud Süleymani və İranda həbs olunan Suyzan Vanqa azadlığa buraxılıblar. Bundan sonra ABŞ prezidenti D. Tramp “Twitter” hesabında İrana təşəkkürünü bildirərək yazıb ki, bu hadisə onu göstərir ki, rəsmi Tehran ilə Vaşinqton danışıqlar masası arxasında müzakirələr aparıb razılıq əldə edə bilərlər.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo da İran ilə danışıqların konstruktiv və ədalətli aparıldığını bildirib. /AZƏRTAC/