QR CodeQR Code

Donald Tramp İrana təşəkkür edib

8 Dec 2019 21:31

İslamTimes: Rəsmi Tehran ilə Vaşinqton danışıqlar masası arxasında müzakirələr aparıb razılıq əldə edə bilərlər


Ədalətli danışıqlara və ABŞ vətəndaşını azadlığa buraxdığına görə ABŞ Prezidenti Donald Tramp İrana təşəkkür edib.
Aparılan danışıqların nəticəsində əldə olunan razılaşmaya görə, ABŞ-da həbs olunan iranlı alim Məsud Süleymani və İranda həbs olunan Suyzan Vanqa azadlığa buraxılıblar. Bundan sonra ABŞ prezidenti D. Tramp “Twitter” hesabında İrana təşəkkürünü bildirərək yazıb ki, bu hadisə onu göstərir ki, rəsmi Tehran ilə Vaşinqton danışıqlar masası arxasında müzakirələr aparıb razılıq əldə edə bilərlər.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo da İran ilə danışıqların konstruktiv və ədalətli aparıldığını bildirib. /AZƏRTAC/


Story Code: 831553

News Link :
https://www.islamtimes.org/az/news/831553/donald-tramp-irana-təşəkkür-edib

Islam Times
  https://www.islamtimes.org