QR CodeQR Code

Livanda Səmir Xətib baş nazir ola bilər

IslamTimes , 9 Dec 2019 08:10

İslamTimes: ABŞ-ın regionda fitnəkarlıq meydanlarından biri Livandır


İraq və Livanda, iki müqavimət ölkəsində siyasi böhran, etiraz aksiyaları eyni vaxta təsadüf etdi. Livanda Hizbullah, İraqda Həşd Şəbini hədəfə alan ABŞ və İsrail bu iki ölkədə öz tərəfdarlarını hakimiyyətə gətirmək üçün bütün imkanlarını səfərbər etdi.  Ərəbistanın xeyir-duası ilə nəfəs alan sabiq baş nazir Həririnin istefasından sonra böhran daha da gücləndi. Amma ictimai-siyasi böhranın ağırlığını dərk edən siyasi qüvvələr güzəştli addım atdılar və nəhayət vahid namizəd üzərində dayandılar. Əl-Məyadin şəbəkəsi xəbər verir ki, sabah parlament hökumətin təşkili üçün namizəd mövzusunu araşdıracaq. Səmir Xətibin namizədliyi gündəmdədir. Demək olar ki, bütün siyasi cərəyanlar Səmir Xətibin namizdəliyini qəbul edir. Yeganə müxalif Livan Qüvvələri partiyasının lideri Səmir Cəcədir.
 


Story Code: 831594

News Link :
https://www.islamtimes.org/az/news/831594/livanda-səmir-xətib-baş-nazir-ola-bilər

Islam Times
  https://www.islamtimes.org