1
Monday 9 December 2019 - 23:28

Salam olsun İbrahimə - 2 (Azanın möcüzəsi)

Story Code : 831778
Salam olsun İbrahimə - 2
Salam olsun İbrahimə - 2
Qırmızıdəsmallılarla birgə Sərpol Zəhaba gələn kimi İbrahimlə rastlaşdım. Əsğər Vüsali yaxınlaşıb İbrahimi qucaqladı və sonra şəhərin vəziyyəti barədə söhbət etdilər.Şəhərdəki çox azsaylı canlı qüvvənin idarəsi Əsğərə tapşırıldı. Əsğər Qırmızıdəsmallılardan əlavə özü ilə təxminən əlli kürd peşmərgəsi də gətirmişdi.Hələ şəxsi heyət nizam-intizama salınmamış İraq ordusunun bir zirehli briqadasının və bir neçə piyada batalyonunun Sərpola doğru gəldiyini eşitdik.Sərpol Zəhabın süqutu Əbuzər qarnizonunun və Kermanşah rayonunun süqutu demək idi. Onu qorumaq olduqca vacib idi. Əsğər dərhal şəxsi heyəti həssas bölgələrə yerləşdirdi.Kürdüstanda əldə etdiyi təcrübəyə əsaslanaraq düşmən tanklarının şəhərə yaxınlaşmasını gözlədi.Sonra Əsğərin əmri ilə əlimizdəki silahlarla və məhdud imkanlarla hücuma keçdik.Yadımdan çıxmaz, İbrahim səngərlərin birindən dayanmadan qumbara atırdı.
Döyüşçülərin qəhrəmanlığı nəticəsində İraq ordusu Sərpol Zəhabdan geri çəkilməyə məcbur oldu, amma onların artilleriyası bizim mövqelərimizi dayanmadan bombalayırdı. Bir çox döyüşçülərin qorxduğu o şəraitdə İbrahim hamını ruhlandırırdı.Günorta mənə dedi: "Mən dama çıxıram".Şəhərin girişində bir evin damına çıxdı. Düşmənlə məsafəsi çox deyildi. Sonra səyyar meyvə satanların səsucaldanına bənzər bir səsucaldanı ağzına yaxınlaşdırıb azan verməyə başladı.Səsi bütün bölgəyə yayıldı. İbrahimin azanı ən çox öz döyüşçülərimizə müsbət təsir edirdi. Onlar bu mənəvi səsi eşidib ruhlanırdılar. Əlbəttə, İbrahim həmişə və hər yerdə azan verirdi. Hər azan verəndə də Əsğər Vüsali deyirdi: "Afərin! Afərin! Bu, döyüşçülərimizi yaxşı ruhlandırır". Həmin gün İbrahim azan verəndə düşmən topxanasının atəşi gücləndi. Bəziləri dilləndilər ki, İbrahim, indi azan vaxtı deyil. O isə azanını sona çatdırdı.Yadımdadır, Kürdüstanda inqilab düşmənlərinin mühasirəsinə düşəndə də azan vermişdi. Hər tərəfdən atəşə məruz qalanda və mənim kimi bir yeniyetmə tir-tir əsəndə İbrahim dama çıxıb səsucaldanla azan verirdi. O azanın şəxsi heyəti necə ruhlandırdığını təsəvvür edə bilməzsiniz.Hətta inqilab düşmənləri də təəccübləndilər. Onlar bizim ruhdan düşdüyümüzü və tezliklə təslim olacağımızı zənn edirdilər. Lakin düz qarşılarından belə gözəl azan səsinin gəlməsi düşmən təzyiqinin azalmasına səbəb oldu. Həmin gün düşmən Sərpol Zəhaba da hər tərəfdən hücuma keçmişdi. Şəhərə nəzarət edən yüksəkliklər düşmənin əlində idi. Onlar bu mövqelərdən istifadə edib şəhəri dəqiq atəşə tuturdular.Belə bir şəraitdə İbrahim gündə üç dəfə hündür bir yerə çıxıb azan verirdi. O, hər azan verəndə düşmənin atəşi güclənirdi. Onlar azan səsindən qorxurdular.
Yadımdadır, bir gün Əsğər Vüsali, İbrahim və başqa bir neçə nəfərlə oturmuşduq. Bir nəfər İbrahimə etirazla dedi:"Nə üçün hər bir şəraitdə, hətta mühasirəyə düşdükdə də azan verirsən; özü də ucadan və düşmənin qarşısında?" Bu sual çoxlarını düşündürürdü, amma verməyə cəsarət etmirdilər. Hamı cavab gözləyirdi.İbrahim bir qədər fikirləşib yalnız bir neçə cümlə dedi və bununla hamı cavabını aldı.
– Məgər İmam Hüseyn (ə) Kərbəlada mühasirədə deyildi?! Nə üçün azan verdi və düz düşmənin önündə namaz qıldı? Bir qədər dayanıb əlavə etdi: "Biz düşmənlə azana və namaza görə vuruşuruq".
_____________________________________________
"Salam olsun İbrahimə?"kitabından🥀🥀🥀



@Shahadat_yolu
Tagged
şəhid
Comment