QR CodeQR Code

"Əsaib Əhl Əl-Haqq" ABŞ, İsrail rejimi, BƏƏ və Səudiyyə rejiminə xəbərdarlıq etdi

Deyerler , 10 Dec 2019 00:20

İslamtimes - İraqın Əsaib Əhl Əl-Haqq hərəkatının baş katibi Qeys Əl-Xəzəli çıxışlarının birində ABŞ, İsrail rejimi, BƏƏ və Səudiyyə rejiminə xəbərdarlıq edib.



Deyerler.org YDH-yə istinadən xəbər verir ki, Qeys Əl-Xəzəli çıxışında bu ölkələri iraqlıların qanının tökülməsində rolu olduğu üçün ağır hesab ödəyəcəklərini söyləyib.
 
ABŞ-ın İraq rəsmilərinə qarşı sanksiyalarına toxunan Xəzəli, belə deyib: “ABŞ hökumət əleyhinə nümayişlər vaxtı vətəndaşları öldürdüyümüzü və ya basdırdığımızı iddia edərək, bizə sanksiya tətbiq edir”.
 
O, ABŞ ilə sionist rejimin İraqdakı son etirazlarda iraqlıların qanının tökülməsində barmağı olduğunu söyləyərək, belə deyib: “İndi ABŞ, sionist rejim, BƏƏ və Səudiyyə rejiminin etdikləri pis hərəkətləri üçün ağır əvəz ödəməsinin vaxtı gəlmişdir”.
 
Xəzəli İraqda davam edən şiddət aksiyalarıyla əlaqədar keçən həftə verdiyi açıqlamasında belə deyib: “İŞİD-in gizli dəstələri İraqda hələ var və bu terrorist qrup İraqdakı dinc aksiyalara yaraqlı göndərir”.
 
ABŞ bu yaxınlarda İraqda hökumət əleyhinə nümayişlər vaxtı vətəndaşların ölümündə rolları olduğu iddiasıyla Əl-Həşduş Şəbi və Əsaib Əhl Əl-Haqq qrupundan 3 lideri sanksiya siyahısına salıb.
 


Story Code: 831787

News Link :
https://www.islamtimes.org/az/news/831787/əsaib-əhl-əl-haqq-abş-israil-rejimi-bəə-və-səudiyyə-rejiminə-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org