QR CodeQR Code

Şeyx Zəkzəkinin oğlu atasına qarşı kobud rəftardan danışdı

Maide , 10 Dec 2019 17:30

İslamtimes - Nigeriyada Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri və Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin oğlu Məhəmməd Zəkzəki Buxari rejiminin valideynlərinə qarşı kobud davrandığını bildirib.


Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Məhəmməd Zəkzəki müraciət məktubunda bunları qeyd edib:
 
“Atam Şeyx İbrahim Zəkzəkiyə və anam Zinət İbrahimə Nigeriya səlahiyyətlilərinin əli ilə davam edən pis rəftara etiraz olaraq ən güclü şəkildə etirazımı bildirmək üçün yazıram.
 
Cümə günü atam və anamın Dövlət Təhlükəsizlik Xidmətinin nəzarətindən Kaduna əyalət həbsxanasına sürətlə köçürülməsi onların sağlamlığına və həqiqətən atamın həyatına təhlükə yaratdı. Məlumdur ki, cəzaçəkmə müəssisəsindəki şərait o qədər pisdir ki, ciddi sağlamlıq problemlərindən əziyyət çəkənlərdən savayı sağlam məhbuslara da ağır zərbə vurur.
 
Bildiyiniz kimi atam 2015-ci ilin dekabr ayında baş vermiş Zaria qətliamı vaxtı güllələnməsi nəticəsində bir gözünü itirib. Həbsdə olduğu müddətdə də bir neçə insult keçirib və birdən çox müstəqil həkim bu yaxınlarda ölüm riskində olduğunu söyləyərək, sağlamlığının kritik vəziyyətini təsdiqləyib.
 
Anam da yüksək qan təzyiqi ilə ağır xəstədir və ağır artrit səbəbindən çətinliklə gəzə bilir, üstəlik belində bir güllə də var.
 
Eyni zamanda, məhkəmənin mənə və digər ailə üzvlərimə və qanuni nümayəndələrə görüşmək imkanı üçün icazə verməsinə baxmayaraq, vəzifəli şəxslərin buna imkan yaratmamalarına da etiraz etməliyəm. Bu normal həbsxana siyasətinin pozulması və valideynlərimə qarşı ünvanlanan insan hüquqları pozuntularının daha bir nümunəsidir.
 
Valideynlərim bütün digər nigeriyalılar kimi, ölkələrinin qanunlarına uyğun rəftar olunmaq hüququna malikdirlər.
 
Bu gün mən qanuni bir nümayəndə ilə birlikdə həbsxanaya sadəcə sağlamlıqlarını yoxlamaq üçün getdim, ancaq ziyarət saatları ərzində orada olsaq da, icazə verilmədi. Bu gündən-günə tətbiq olunan bir sıra amansız məhdudiyyətlərin növbətisidir”.


Story Code: 831923

News Link :
https://www.islamtimes.org/az/news/831923/şeyx-zəkzəkinin-oğlu-atasına-qarşı-kobud-rəftardan-danışdı

Islam Times
  https://www.islamtimes.org