0
Wednesday 11 December 2019 - 07:14

İraqda baş nazir postuna 2 namizəd müəyyən edilib

Story Code : 832028
İraqda baş nazir postuna 2 namizəd müəyyən edilib
İraqda siyasi partiya və cərəyanlar baş nazir postuna 2 nəfərin namizədliyi üzərində dayanıb. Namizədlərin adı açıqlanmır. Parlamentdə ən çox yerə sahib Müqtəda Sədrin başçılıq etdiyi Sairun koalisiyası hökumətin təşkilində iştirak etməyəcək. Sədr elan edib ki, etirazçıların seçdiyi namizədi qəbul edirik. Adil Əbdülmehdinin istefasından sonra namizədin təqdimatı prezidentə tapşırılıb. Konstitusiyaya görə prezident 15 gün ərzində yeni namizədi təqdim etməlidir.
 
Source : IslamTimes
Tagged
baş nazir