QR CodeQR Code

Hizbullah: "ABŞ Livan xalqından sui-istifadə edir"

Deyerler , 11 Dec 2019 08:10

Islamtimes - Livan Hizbullahının İcra Şurasının sədr müavini, ABŞ-ın Livandakı planlarını inkişaf etdirmək üçün bütün maliyyə, iqtisadi və siyasi təzyiqlərdən istifadə edərək, insanların narahatlıqlarını və etirazlarını öz maraqları üçün istifadə etməyə qərarlı olduğunu deyib.


"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Şeyx Əli Dəmuş, ABŞ-ın dövlət katibi Mayk Pompeonun, bazar günü verdiyi bəyanata istinad edərək, ABŞ-ın nəzarəti altında yalnız Livandakı ABŞ və İsrail rejiminin əmrlərinə tabe olacaq və ölkənin sərhədlərini yenidən nəzərdən keçirəcək yeni bir hökumət yaratmaq istədiyini, ABŞ və İsrail rejiminin şərtləri ilə Amerika şirkətlərinin maraqlarına uyğun olaraq Livan neftini əldə ediləcəyini bildirib. ABŞ dövlət katibi öz çıxışında, Livan xalqının hərəkatını, Hizbullahı Livan tənliyindən çıxarmaq üçün bir fürsət adlandırıb. Hizbullahın yüksək vəzifəli üzvü, Livan prezidenti Mişel Aunun müqaviməti ilə qarşılaşdıqları və Hizbullahın “tələsinə” düşmədikləri üçün, ABŞ-ın Livana hədəf qoymaq cəhdlərinin nəticəsiz qalacağını deyib. Şeyx Dəmuş daha sonra əlavə edib: "Livanın, Amerikanın siyasi istəklərinə qarşı şüurla, müdrikliylə, səbr və dözümlüküklə qarşı çıxması, xaosda iştirak etmək istəməmələri və sülhə vurğu, Amerikanın hədəflərinə çatmasına imkan vermədi".


Story Code: 832030

News Link :
https://www.islamtimes.org/az/news/832030/hizbullah-abş-livan-xalqından-sui-istifadə-edir

Islam Times
  https://www.islamtimes.org