QR CodeQR Code

ABŞ-da atışma olub, ölənlər var

FaktXeber , 11 Dec 2019 08:48

İslamtimes - ABŞ-ın Cersi-Siti şəhərində (Nyu-Cersi ştatı) atışma baş verib.



Atışma zamanı biri polis əməkdaşı olmaqla 6 nəfər ölüb.
FaktXəbər-in The New York Times istinadən verdiyi xəbərə görə, atışma cinayətkarların gizləndiyi mağazada baş verib.
Qeyd edilir ki, silahlılardan birinin gizləndiyi kiçik mağazaya videokamera və mikrofonla təchiz edilmiş robot göndərilib. Hadisə yerinə həmçinin Nyu-Yorkdan partlayıcı texnika üzrə komanda üzvləri gətirilib, əraziyə helikopter cəlb edilib. Polis əməkdaşları silahlılardan azı ikisini zərərsizləşdirib. 
 Qeyd edilir ki, atışma zamanı daha bir neçə nəfər yaralanıb
 


Story Code: 832040

News Link :
https://www.islamtimes.org/az/news/832040/abş-da-atışma-olub-ölənlər-var

Islam Times
  https://www.islamtimes.org