0
Thursday 12 December 2019 - 10:47

İsrail ərəb ölkələri ilə münasibətləri normallaşdırmaq istəyir

Story Code : 832251
İsrail ərəb ölkələri ilə münasibətləri normallaşdırmaq istəyir
Livan Hizbullahı bəyanat yayaraq sionist xaxamın Bəhreynə səfərini və Bəhreyn padşahı ilə görüşünü pisləyib. Əl-Minar xəbər verir ki, Hizbullah öz bəyanatında İsraillə münasibətlərin normallaşdırılmasına aparan konfransı pisləyib. Bəyanatda deyilir ki, livanlı bir ruhaninin bu konfransda iştirakı dini, əxlaqi prinsiplərdən və dəyərlərdən uzaqdır. Son aylarda Amerika və onun əlaltısı olan ərəb başçıları sionist rejimlə münasibətləri normallaşdırmaq üçün fəaliyyətlərini artırıblar.
 
Source : IslamTimes
Tagged
hizbullah