QR CodeQR Code

Məşhəd-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlanılıb

12 Dec 2019 12:34

İslamTimes: Bu gündən etibarən Məşhəd-Bakı sərnişin aviareysi üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlanılıb.


İranın Azərbaycandakı Səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan aviareys həftədə iki dəfə olmaqla – 1-ci və 4-cü günlər həyata keçiriləcək. Bu planın icraçısı “Bakustar” şirkətidir. Şirkəti bu gündən etibarən Azərbaycan Respublikasının bütün sərnişinlərinə öz aviaxidmətlərini təklif etməyə başlayıb.
“Uçuşlar İran və Azərbaycan arasında əlaqələrinin daha da inkişafı üçün təşkil edilib”, - deyə Səfirlikdən bildirilib.


Story Code: 832315

News Link :
https://www.islamtimes.org/az/news/832315/məşhəd-bakı-aviareysi-üzrə-birbaşa-uçuşlara-başlanılıb

Islam Times
  https://www.islamtimes.org