0
Saturday 14 December 2019 - 11:54

Sədr cərəyanı bütün təşkilat və ofislərini bağladı

Story Code : 832667
Sədr cərəyanı bütün təşkilat və ofislərini bağladı
Sədr cərəyanının rəhbəri Müqtəda Sədrin ofisinin yaydığı bəyanata əsasən, hərəkat 1 il müddətinə bütün təşkilat və ofislərini bağlayır. Bu addımın səbəbi Sədr cərəyanının sözçüsü Cəfər Əl-Musəvinin oğlunu aparan maşına hücum edilməsidir. Bağdadın məhəllələrindən birində baş verən terror əməliyyatında Əl-Musəvinin oğlu sağ qalıb. Maşına 14 dəfə atəş açıldığı xəbər verilir. Bəyanatda deyilir ki, Sədrin xüsusi ofisi, Seyid Məhəmməd Sadiq Sədrin məqbərəsinin idarəsi fəaliyyətini davam etdirəcək.
Source : IslamTimes