0
Saturday 14 December 2019 - 14:25

Ayətullah Sistani: “Hökumət xarici silahlı qrupların fəaliyyətinə icazə verməməlidir”

Story Code : 832706
Ayətullah Sistani: “Hökumət xarici silahlı qrupların fəaliyyətinə icazə verməməlidir”
Ayətullah Sistani: “Hökumət xarici silahlı qrupların fəaliyyətinə icazə verməməlidir”

Deyerler.org YDH-yə istinadən xəbər verir ki, Ayətullah Seyid Əli Sistaninin Kərbəladakı nümayəndəsi Seyid Əbdülmehdi əl-Kərbəlai, cümə xütbəsindən sonra böyük müctehidin siyasi mesajını oxuyub.
 
Mesajında Ayətullah Sistani, İraqın müxtəlif şəhərlərində son günlər baş verən şiddətli hadisələr haqqında açıqlamalar verib. Açıqlamada bir şəxsin Bağdadda izdiham tərəfindən öldürüldükdən sonra, Vasbə meydanında işıq dirəyindən asılması hadisəsinə da toxunulub və Vasbə meydanındakı ağır və dəhşətli cinayətin şiddətlə qınanıldığı deyilib.
 
Ayətullah Sistani zorakılığın təhlükəsizlik zəifliyindən qaynaqlandığını qeyd edərək, İraq təhlükəsizlik qüvvələrini peşəkar davranmağa, dövlətə sadiq qalmağa və xarici amillərdən qorunmağa dəvət edib.
 
Silah istifadəsinin nəzarət altına alınmalı olduğunu vurğulayan Ayətullah Sistani, belə deyib: “Təhlükəsizlik qüvvələri millətinə sadiq qalmaq və xarici müdaxilədən qorunmaq məcburiyyətindədir”.
 
İraq xalqının terror təşkilatı İŞİD-lə mübarizədə tarixi bir zəfərə imza atdığı bildirilən mesajın davamında bunlar qeyd olunub: “Bu gün qarşınızda başqa bir müharibə var. Bu müharibə taleh müəyyən edən savaşdır, uzun davam edən korrupsiya və idarəçilikdəki bacarıqsızlıq dövrünə son qoymaq müharibəsidir. Dinc yollara müraciət bu döyüşdə əldə ediləcək zəfərin açarıdır”.
 
Ölkədə etirazçıların öldürülməsini və qaçırılmasını qınayan Ayətullah Sistani, belə deyib: “Silah gəzdirmək və istifadəsi İraq hökuməti tərəfindən nəzarət altına alınmalı və ölkədə hər hansı bir xarici silahlı qrupların fəaliyyət göstərməsinə icazə verilməməlidir”.
 
Source : Deyerler
Tagged
sistani iraq
Comment