QR CodeQR Code

Yəməndən “Səudiyyə rejimi müharibəni dayandırdı” iddiasına cavab

Deyerler , 14 Dec 2019 14:57

İslamtimes - Yəmən İnqilabi Ali Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi Səudiyyə rejiminin Yəməndə müharibənin dayandırıldığı iddiaları ilə bağlı açıqlama verib.



Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Məhəmməd Əli Əl-Husi açıqlamasında bunları deyib: “Səudiyyəlilər Yəməndəki müharibənin dayandırıldığını iddia etməsi yalnız media üçün etibarlıdır və meydanda belə bir vəziyyət yoxdur. Səudiyyə rejiminin hücumları nəinki dayanmadı, əksinə müxtəlif səviyyələrdə şiddətləndi...”
 
Fars Körfəzi Əməkdaşlıq Şurasının (FKƏŞ) yekun bəyanatını da tənqid edərək, belə deyib: “Əslində bu ifadə Səudiyyə rejiminin liderlərinin sözlərini və Yəmənə düşmən münasibətini ifadə edir”.
 
Yəmən İnqilabi Ali Komitəsinin sədri Səudiyyə rejiminin Yəmənin Ənsarullah hərəkatının təqdim etdiyi sülh planın müsbət bir cavab vermədiyini də bildirib.
 


Story Code: 832717

News Link :
https://www.islamtimes.org/az/news/832717/yəməndən-səudiyyə-rejimi-müharibəni-dayandırdı-iddiasına-cavab

Islam Times
  https://www.islamtimes.org