0
Sunday 15 December 2019 - 11:43

Tramp ABŞ hərbi qüvvələrini Əfqanıstandan çıxarır

Story Code : 832881
Tramp ABŞ hərbi qüvvələrini Əfqanıstandan çıxarır
Talibanın Amerika ilə ilboyu davam edən müzakirələrində əsas tələb amerikalıların Əfqanıstandan çıxması olub. Artıq ABŞ mediası gələn həftə 4 min ABŞ hərbçisinin Əfqanıstandan çıxarılacağını xəbər verir. Ağ Ev elan edib ki, Tramp 4 min hərbçini Əfqanıstandan çıxarmağı planlaşdırır. Əgər bu vəd yerinə yetirilsə Əfqanıstanda 9 min nəfərə yaxın ABŞ hərbçisi qalacaq. Bu qüvvələrin də 2020-ci ilin noyabrında prezident seçkilərinə qədər Əfqanıstanı tərk edəcəyi gözlənilir. Tramp Əfqanıstana qəfil səfəri zamanı da belə bir vəd vermişdi.
Source : IslamTimes
Comment